Bahalı qab-qacaq evdən-evə daşınma zamanı qırıldı. Yükdaşıma xidməti şəxsə 5 min manata yaxın ziyan vurdu. Orxan Qəhrəmanov avqust ayında əşyaları daşımaq üçün yük taksisi şirkətinə müraciət edib.
Mynews.az bildirir ki, nəticədə qiyməti 2800 manata olan qab dəstindən 10, qiyməti 2000 manata yaxın olan dəstdən isə 8 parça qırılıb. Şirkət əvvəlcə dəyən ziyanı qarşılayacağını vəd edib.
Zərərçəkmiş şəxsin sözlərinə görə qablar həyat yoldaşının cehizliyi olub. Şirkət yüklərin etibarlı daşınması üçün ona heç bir müqavilə təqdim etməyib. Orxan Qəhrəmanov, hətta ona ödəniləcək miqdarın 30%-də qarşılamağa razı olduğunu deyir. Amma onlar indi zərəri qarşılamaq istəmirlər.
Məsələylə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. Lakin mövqe öyrənə bilmədik.
Hüquqşünaslar isə yüklərin daşınması zamanı bir tərəfli qaydada müqavilə bağlanıldığını deyir. Bu müqavilə daşınan malların təhlükısizliyində zəmanət rolunu oynayır.
Heydər Cəfərovun sözlərinə görə bir tərəfli müqavilələr hüquqi şəxs tərəfindən bağlanıldığından hadisəni şəxsin lehinə mübahisələndirmək çətin olur. Ona görə tərəflər arasında notarial qaydada müqavilə bağlanılmalıdır. Orxan Qəhrəmanov, məhkəmədən xərclədiyi rüsumlar da daxil olmaqla mənəvi təzminat da tələb edə bilər. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub