Bakıda qatardan qaçan 2 məhbusdan biri olan 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, o, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib.
Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevinqətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir.
Qeyd edək ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan, nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub.
Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.
09:55
Bakıda qaçan məhbusların adları məlum olub.
Mynews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub