Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” bədii filminin 5-ci Vaterloo tarixi film festivalı çərçivəsində Vaterloonun “Wellington” kinoteatrında təqdimatı keçirilib.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, Azərbaycanın Belçikadakı Səfirliyindən APA-ya bildirilib ki, festival təşkilatçıları film haqqında tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 80 il əvvəl yazılan “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin mehriban, yanaşı yaşadığını və ölkədəki tolerantlığı əks etdirir, eyni zamanda, dövrümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov gələn il Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunacağına diqqət çəkərək, bu filmdə ölkəmizdə hətta əksər Avropa ölkələrindən əvvəl bir sıra demokratik azadlıqların, o cümlədən qadınlara səsvermə hüququ verildiyinin aydın nümayiş etdirildiyini, Azərbaycanın ilk müstəqillik illərində baş vermiş hadisələrin açıq şəkildə ölkənin islami və Avropa dəyərlərinin unikal vahid məkanı olduğunu göstərdiyini və müasir Azərbaycanın ADR-in bu ənənələrini artıq qlobal səviyyədə inkişaf etdirməyə nail olmuş ölkə kimi tanındığını vurğulayıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub