Ləğv edilmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi prosesdə təqsirləndirilən polkovnik çıxış edib.
O bildirib ki, zərərçəkmiş Vidadi Əzizov xarici ölkənin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb: "O, həmin şəxslər qarşısında öhdəlik götürüb. Biz də onu şübhəli şəxs qismində saxlamışdıq. Mən isə rəhbərliyin göstərişi ilə onun çantasını götürmüşəm"
M.Əzizov günahsız olduğunu və barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Məhkəmə heyəti müşavirə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti ləğv edilmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun cəzası azaldılıb və qəti olaraq 3 il azadlıqdan məhrum edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub