Sosial şəbəkələrdə "Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli tikinti sektorundan ayrıldığını və kənd təsərrüafatı sektorunda işə başladığı barədə məlumatlar yayılıb.
Bildirilir ki, Hacı İbrahim Nehrəmli İmişlidə böyük fermer təsərrüfatı qurub və burada qiyməti 250 manatdan başlayan 300-dən artıq qoyun saxlatdırır.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-un əməkdaşı Hacı İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. O, məsələyə belə aydınlıq gətirib:
"O, qoyunlar mənə məxsus deyil. Bacanağımın oğluna məxsusdur. Qohum əqrəbada kim nə iş görürsə, yazırlar mənim üstümə. İmkan vermirlər ki, yaşayaq. Əslində, qoyun təsərкüfatı ilə məşğul olmağım bir sahibkar kimi yaxşı olardı. Bunun nəyi pisdir ki? Amma hazırda qoyun saxlamıram. Olsaydı təbii ki, deyərdim”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub