Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bir müddət əvvəl Bakıda 8-9 bal gücündə zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, o, qeyd edib ki, mütəxəssislərin fikirləri yanlış anlaşılıb:
“Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır. Amma bu o demək deyil ki, həmin gücdə zəlzələ gözlənilir”.
Qurban Yetirmişli ölkədə seysmoloji vəziyyət stabil olduğunu deyib.
Seysmoloji Mərkəzin direktoru həmçinin bildirib ki, Xəzərdə baş verən seysmik prosesləri ölçmək üçün Milli Elmlər Akademiyası tərəfindən dib seysmometrləri alınıb, lakin onlar üç ilə yaxındır ki, həmin cihazlar anbarda qalıb:
“Fövqəladə Hallar Nazirliyi və Milli Elmlər Akademiyası Xəzərdə dib seysmometrlərinin quraşdırılmasına dəstək olmaq üçün SOCAR-a müraciət edib”.
Qurban Yetirmişlinin sözlərinə görə, Xəzərdə potensial gücə malik zəlzələ ocaqları var. Bu baxımdan da risklərdən qorunmaq üçün yeni cihazlar önəmli rol oynayacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub