Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” komandasının bir qrup azarkeşi Bakıdakı Fransa səfirliyinin qarşısında polis müdaxiləsi ilə rastlaşıb.
Mynews.az futbol11.az saytına istinadən xəbər verir ki, azarkeşlər Fransa səfirliyinə “Atletiko” ilə oyuna getmək üçün əvvəlcədən viza müraciəti edib.
Səfirlik azarkeşlərin bu istəyini müsbət cavablandırıb. Hətta “Qarabağ” futbol klubu azarkeşlərə səfirliyə təqdim etmək üçün rəsmi məktub da verib. Amma azarkeşlər bu gün səfirliyə gələrkən sürprizlə qarşılaşıblar. Belə ki, onlar səfirliyə buraxılmayıb. Azarkeşlərə bildirilib ki, onlara viza verilməyəcək. Bunu isə heç bir şeylə əlaqələndirməyiblər. Bundan qəzəblənən azarkeşlər səfirliyin qapı və pəncərələrinə yapışdırılmış elanları qopararaq yerə atıblar. Əraziyə polis çağırılıb, məsələ araşdırılır.
Qeyd edək ki, həmin azarkeşlər “Qarabağ”ı “Çelsi” ilə səfər oyununda da dəstəkləmişdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub