Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Nuridə Kərimovaya bəraət verilib və o, azadlığa buraxılıb.
Milli.Az xəbər verir ki, azadlığa buraxılan Nuridə Kərimova ölkə.az-ın suallarını cavablandırıb:
- Nuridə xanım, özünüzü necə hiss edirsiniz?
- Bir az həyəcanlıyam.
- Övladınızı görmüsünüzmü?
- Bəli, görmüşəm.
- Hazırda uşaq kimdədir?
- Məndədir.
- Övladınız həbsdə olduğunuzu bilirdi?
- Xeyr, bilmirdi. Yanıma gətirəndə də xəstəxana adıyla gətirirdilər. O müddətdə övladımı bir-iki dəfə görmüşdüm.
- Keçmiş qayınatanızla münasibət necədir?
- Çox yaxşıdır. Allah onlardan razı olsun. Necə lazımdır, köməklik göstərdilər. Məhkəmədə də böyüklük edib dedi ki, Nuridənin heç bir günahı yoxdur. Allah ondan razı olsun. Hakim Əfqan Hacıyevdən də çox razıyıq, ədalətli qərar çıxardı. Həqiqətən də, bu məsələdə mən təqsirkar deyildim, özümü müdafiə etmişdim. Bunu hakim də bildi, məhkəmədə iştirak edənlər də. Ona görə də vicdanlı qərar qəbul edildi.
- Doğrudanmı həyat yoldaşınızı öldürmək məqsədiniz yox idi? Ümumiyyətlə, hadisə necə baş vermişdi?
- Mənim onu öldürmək məqsədim yox idi. Özümü müdafiə edəndə, belə alındı.
- Müsahibədən öncə bildirdiniz ki, hazırda rayona gedirsiniz. Bundan sonra rayonda yaşayacaqsınız?
- Xeyr, müəyyən vaxtdan sonra valideynlərimin yanına qayıdacağam.
- Övladınızın ata babasıyla görüşməyinə icazə verəcəksiniz?
- O, həm də onların övladıdır, görüşməyində heç bir problem yoxdur.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub