Azərbaycan vətəndaşının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan getməsi hüququnu müvəqqəti məhdudlaşdıran halların artırılması təklif olunur.
Mynews.az-ın Trend-ə istinadla məlumatına görə, bu məsələ Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.
Bununla bağlı Məcəllənin 9 və 17-ci maddələrinə əlavə olunmuş bəndlərə əsasən hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək həmin şəxslərin Azərbaycandan getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qanun layihəsinə dəyişikliklər uyğunlaşdırma məqsədilə təklif edilir. Belə ki, Cinayət Məcəlləsinə uyğun olaraq məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağı olan qadınlar, habelə 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Dəyişikliklər bu halda da məhkum edilmiş həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad edilənədək və ya şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub