Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir. Oktyabrın 26-sı gündüz, 27-də bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu oktyabrın 27-də ötən günlə müqayisədə 4-6° enəcək.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub