"Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin var".
Mynews.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
O bildirib ki, gün ərzində metrodan 700 mindən çox sərnişin istifadə edir: "Xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir".
N.Paşayevin sözlərinə görə, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər: "Başa düşürük ki, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdır ki, qapı saxlamaq çıxış yolu deyil".
Şöbə rəisi qeyd edib ki, qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulub: "Bu məsələyə polis nəzarət edir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub