Rusiyanın Sankt-Peterburq şəhərində ötən il İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin adamları tutulub.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun ötən gün azadlığa buraxılan Lotu Qulinin “sağ əli” sayılan Elşən Məmmədovun qətlinə görə həbs edildikləri bildirilir.
Qeyd edək ki, Elşən Məmmədovun Lotu Qulinin ən amansız “cəllad”larından olduğu deyilir. O, sentyabrda Gürcüstanın paytaxtı Tiflisdə Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxaraq maşınına tərəf gedib və həmin an atəş səsləri eşidilib. “Toyota Land Cruiser”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.
Onu da xatırladaq ki, “Lotu Quli” həbsdən çıxdıqdan sonra Elşən Məmmədovun məzarını ziyarət edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub