İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.
Mynews.az xəbər verir ki, F.Zeynalov Ölkə.az-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək, sosial şəbəkələrdə yayımlandığını bildirib: "Mən traktorçuyam. Oğlumun şəhid olduğu gün traktor idarə edirdim. Xəbəri eşidən kimi dərhal işdən evə gəldim və paltarımı dəyişə bilmədim. Özümdə deyildim. Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? Oğlumun şəhid olması barədə də ilk olaraq mənə məlumat verilməyib. Telefonum bağlı olduğu üçün qardaşıma zəng ediblər. Bizə oğlumun şəhid olduğunu deməyiblər. Əvvəlcə bizə deyildi ki, oğlunuz yaralanıb. Bunu da biz pis olmayaq deyə belə deyiblər".
F.Zeynalov oğlunun Vətən yolunda şəhid olmasındam fəxr hissi duyduğunu söyləyib: "Oğlum Vətən yolunda şəhid olub. Mən buna görə fəxr edirəm!".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub