25 oktyabr yerli saatla 16:30, 17:20 radələrində 2 dəfə uğultu səsi və binalarda titrəmə hiss olunub.
Bu, paytaxtın ayrı-ayrı yerlərində hiss olunub. Hətta Sumqayıt və Xırdalan şəhərlərində də eyni hadisənin yaşandığı sosial şəbəkələrdə paylaşılıb.
Maraqlı məqam ondan ibarətdir ki, titrəmə göy gurultusuna oxşar bir səsdən sonra yaranır.
Respublika Seysmoloji Mərkəzi isə Metbuat.az-a açıqlamasında zəlzələ ilə bağlı heç bir halın qeydə alınmadığını açıqlayıb.
Bu sualla bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə zəng etsək də, telefonlarımıza cavab verən olmadı. Nazirliyin “112” Qaynar xəttindən isə bu barədə heç bir məlumatlarının olmadığını bildirdilər.
Maraqlıdır, Bakı, Xırdalan, Sumqayıtda evlər silkələnir, göydən qəribə uğultu səsi gəlir, Zəlzələ deyilsə, bəs nədir?
Hadisənin hansı səbəbdən baş verdiyini araşdırmağa çalışırıq.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub