Mynews.az xəbər verir ki, bu barədə "Report"a vəkil Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Sabunçu Rayon Məhkəməsinin həbs qərarı ləğv edilib və iş geri qaytarılıb. Qərarın ləğv olunması birinci instansiya məhkəməsinin hökm çıxaran zaman düzgün araşdırma aparmaması ilə əsaslandırılıb.
L.Bunyatova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev "Atabank"dan kredit götürmüş şəxsin zamin qismində göstrilmiş Lalə Bunyatova barəsində 10 gün müddətinə azadlıqsan məhrumetmə qərarı çıxarıb.
Ə.Həsənov qeyd edib ki, həmin qadın “Azərbaycan Dəmir Yolları”nın işçisidir, lakin o, işsiz kimi göstərilib: "Məhkəmə qərarında göstərilib ki, guya işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz".
Vəkil qeyd edib ki, L.Bunyatova “Azərbaycan Dəmir Yolları” QSC-də işləməsinə baxmayaraq, icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib: "Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub