Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axundovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giri sözü ilə AzTU-nun “Elektrotexnika və energetika” fakültəsinin dekanı Mahir Bəşirov açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb. Azərbaycan dövlət himni səsləndirildikdən və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub. `
M.Bəşirov AzTU-nun Aprel döyüşlərində qəhərəmancasına canından keçmiş məzunlarından danışıb, bidlirib ki, universitetin 4 məzunu həmin döyüşlərdə şəhid olub. Dekan, həmçinin AzTU-nun məzunu olmuş şəhid Əbdülməcid Axundovun tələbəlik illərindən danışdıqdan, xatirələrini bölüşdükdən sonra qonaqlara söz verilib.
Qonaqların çıxışından sonra tədbir iştirakçıları jurnalist-yazar Nigar İsmayılqızının Əbdülməcid Axundovun əziz xatirəsinə həsr etdiyi “Ölsəm…Yaşat” filmi və “Savaşçı” kitabı haqqında məlumat verilib və film nümayiş edilib.
Filmə baxış keçirildikdən sonra “Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyinin şəhid Əbdülməcid Axundovun adına təsis etdiyi mükafat təqdim edilib. Mükafata “Elektrotexnika və energetika” fakültəsinin həm dərslərində, həm də universitetin ictimai həyatında nümunəvi olan 4-cü kurs tələbəsi Murad Rzayev layiq görülüb. Mükafat İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Səfərli tərəfindən təqdim olunub.
Sonda şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək oğlunun xatirəsini əziz tutan hər kəsə, tədbir iştirakçılarına, AzTU rəhbərliyinə sonsuz təşəkkür edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub