"Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək".
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.
Deputatın sözlərinə görə, son illər selektiv abortların sayı əvvəlki illərlə müqayisədə azalsa da, hələdə dölün cinsinə görə abort hallarına rast gəlinir. M.Quliyev deyir ki, dölün ana bətnində cinsinə görə məhv edilməsi, doğulan qız uşaqları ilə oğlanlar arasında balansın pozulmasına gətirib çıxardır. Deputat selektiv abortların qarşısının alınmasının yalnız inzibati, hüquqi qaydada qadağalarla aradan qaldırılmasının mümkünsüz olduğunu bildirib: "Burada mədəniyyətin yüksəlməsi, maarifləndirmənin artması,təbliğatın aparılması çox vacibdir. Cəmiyyətdə bu istiqamətdə ciddi marifləndirmə işləri aparılmalıdır. Çünki, həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, gəlib həkimləri bu işə sövq etməsinlər. Digər bir yol isə selektiv abort edən həkimlərin cəzalandırılması məsələsidir. Düşünürük ki, selektiv abort edən ginekoloqların həkimlik adından , həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır. Ona görə də, selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq".
Deputat onu da əlavə edib ki, qanun layihəsində selektiv abortlarla bağlı qadağalar xarici ekspertlərin də təəccübünə səbəb olub: "Avropa ölkələrində ümumiyyətlə doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Ona görə də, bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur".
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub