“Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır”.
Mynews.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O qeyd edib ki, reklam mətnlərində ədəbi dil normalarının pozulması məsələsi oktyabrın 6-da “Ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda da xüsusi vurğulanıb: “Lakin xeyli müddət keçməsinə baxmayaraq, təəssüf ki, bu istiqamətdə problemlər qalmaqdadır. Məsələn, "ATV" telekanalının efirində yayımlanan “ATV+”un reklam çarxını qeyd etmək olar. Bu reklam çarxında efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması diqqəti çəkir. Həmin reklam mətnində belə bir cümlə işlədilir: “Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?” Göründüyü kimi, bu, olduqca xoşagəlməz mənzərədir. 6 oktyabrdan xeyli vaxt ötüb və kanalları bu məsələdə daha məsuliyyətli olmağa çağırırıq. Məlumdur ki, ölkənin efir məkanında ədəbi dilin qorunması və tətbiqi işi yüksək səviyyədə diqqət mərkəzindədir”.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub