Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.
Keçmiş qudalar qızlarını boşadığı üçün oğlanın ata evinə gəliblər. Təqribən 6 nəfərdən ibarət olan qız evinin adamları müxtəlif alətlərlə silahlı olublar. Onlar evin pəncərələrini sındırıblar. Səs-küyü eşidən oğlanın anası, 1977-ci il təvəllüdlü Kəmalə Qoçəli qızı Şəbiyeva bayıra çıxıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə müxtəlif alətlərlə silahlanmış qız evinin adamları linglə K.Şəbiyevanın baş nahiyəsinə zərbə endiriblər. Ağır xəsarət alan qadın yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilk tibbi yardım göstərilib.
Hadisə baş verən zaman oğlanın atası, 1978-ci il təvəllüdlü Əbülfət Xanverdi oğlu Şəbiyev də evdə olub. Vəziyyətin ciddiliyini görən Ə.Şəbiyev evdən çıxaraq qonşuya qaçıb. Həmin şəxslər qonşunun da evinə ziyan vuraraq Ə.Şəbiyevi axtarıblar. Ə.Şəbiyev tövlədə gizləndiyindən, onu tapa bilməyən şəxslər hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub