Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarızə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb. Araşdırmalarla onun İran İslam Respublikasının vətəndaşı Fərəməz Musapur olduğu müəyyən edilib.
Əlindəki çantaya baxış zamanı oradan 9 bağlamada olan, ümumi çəkisi 22 kiloqramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub