Sabah Sumqayıt, Gəncə və Bakının 4 rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, abonentlərin təbii qaza olan tələbatın təmin edilməsi, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və yeni çəkilmiş diametri 159 mm-lik qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin diametri 530 mm-lik qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq.
Görulən işlər zamanı, sabah saat 09:00-dan 17:00-dək Sumqayıt və Gəncə şəhərlərinin, eləcə də Bakı şəhəri Binəqədi, Yasamal, Sabunçu və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Abşeron rayonu, Xırdalan, şəhəri, Qobu, Güzdək ,Aşağı Güzdək, Hökməli,qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub