Azərbaycanda uşaqlara qoyulan xeyli sayda qəribə adlar var.
Mynews.az xəbər verir ki, Report-un Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, son beş ildə doğulan körpələrə verilən adlar siyahısında da bir sıra qəribə adlar yer alıb.
Belə ki, son beş ildə bir körpəyə Möcüzənur, bu il iki körpəyə Taliyə (son beş ildə 9), son beş ildə 3 körpəyə Məsləhət, 3-nə Xəzəl, 2-nə Qızıl, 1-nə Qızılşan, bu il 4 körpəyə Gümüş (son beş ildə 50), son beş ildə 4-nə Qoca, 1-nə Qocaman, 1-nə Qocabəy, 10-na Cavan, 1-nə Cavani adı verilib.
Son beş ildə 28 körpə Ada (bu il 6), 11-i Adam, 3-ü Aday, 1-i Adaş, 3-ü Adanur, 121-i Narin (bu il 16), 7-si Naridə (bu il 3), 3-ü Nardanə, 2-si Narina, Nariyyə və Naryəddin adını alıb.
Uşaqlara verilən qəribə adlar arasında Adanur, Adalin, Adalara, Adail, Narputa, Narizə, Nariyat, Narilə, Narika, Narif, Nariel, Nari, Nargözəl, Nargilə Nur, Almara, Almarə, Almayə, Almagül və s. adlar da yer alıb.
Bu il ölkədə 5 körpəyə Qəribə (son beş ildə 25), son beş ildə 3-nə Qəribəli adı verilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub