USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sumqayıt sakini atasının adına görə təhqir olundu Görün adı nə imiş

21:32 28.10.2017
Sumqayıt sakini atasının adına görə təhqir olundu Görün adı nə imiş
21:32 28.10.2017

Sumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib. Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli instaqramda bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub. Səbəb isə onun atasının adının Malagedən olmasıdır.
Ata adının Malagedən olması Sumqayıt sakini Nüsrət Novruzovun və ailə üzvlərinin sosial şəbəkədə təhqir olunması ilə nəticələnib. Belə ki Nüsrət Novruzovun pasport şəkli instaqramda paylaşılıb və müxtəlif istifadəçilər tərəfindən lağa qoyulub.
Mynews.az  xezerxeber.az-a istinadən bildirir ki, bəzi istifadəçilər malagedən adını məsxərəyə qoyublar. Nüsrət Novruzovun həyat yoldaşı Elmira Daşdəmirova qayınatasının adının niyə malagedən olmasını belə izah edir.
Ailə üzvləri tərəfindən səhifə adminindən şəklin silinməsi tələb edilsə də buna məhəl qoyan olmayıb.Bəziləri isə ailənin erməni olduğunu iddia edib.
Şəkli lağa qoyulan hazırda Rusiyada olan Nüsrət Novruzovla telefon əlaqəsi saxladıq. O təhqirə yol verənlərin qanun müstəvisində cavab verəcəklərini bildirib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ekspert Xəyal Bəşirov deyir ki, ölkəmizdə hər bir vətəndaşın şərəf və ləyaqəti qanunla qorunur. Kiminsə şəklinin lağa qoylması təhqirdir. Ona görə də şəkli paylaşan səhifə idarəçiləri,eləcə də şəkilə təhqiramiz şərhlər yazanlar haqqında sərt tədbirlər görülməlidir
Zərərçəkənlər məsələnin həlli üçün məhkəməyə müraciət etməlidirlər.


Xəbər lenti

300x200r