Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində baş verib.
Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb. Həmin an müşahidə kamerasına düşüb. Onlar öncə kişini yerə yatırır, sonra isə “Volkswagen Caravelle” markalı göy rəngli mikroavtobusa əyləşdirirlər. Daha sonra həmin şəxslər oğurladıqları kişinin 45 yaşlı həyat yoldaşına zəng açıb və ərinin azadlığa çıxması üçün 1,5 milyon avro tələb ediblər.
Oğurlanan şəxs Astara rayonunun Ərçivan kəndində anadan olub, hazırda Peterburqun Prosveşeniya prospektində qeydiyyatdadır. O, əvvəllər ərzaq daşınması ilə məşğul olan kiçik firma sahibi olub, firma 2013-cü ildə bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub