Almaniyada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun cənazəsi iki gün sonra Azərbaycana gətiriləcək.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova gözyaşları içində bunları dedi:
“Qızım atasının ölüm xəbərini bilmirdi. Neçə gün bu xəbəri ondan gizlətdim. Ancaq bu gün deyə bildim. Həyatımda bu dəhşətli mənzərəni heç vaxt unutmayacam. Ata-bala bir-birlərini hədsiz çox sevirdilər. Qızım şok keçirtdi”.
S.Hüseynova onu da bildirib ki, R. Hüseynov Almaniyaya aparılanda vəziyyəti kritik olub:
“Almaniyaya apardıq ki, onu xilas edək. Amma artıq gec idi. Həkimlər dedilər ki, ağciyəri bərpa etmək mümkün deyil. Son dəqiqələrində əli əlimdə, gözlərimə baxa-baxa getdi. Son sözünü də deyə bilmədi. Nigarançılığı məndən və qızından idi. Çox acıdır, kədərimi ifadə etməyə söz tapmıram”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub