Səhiyyə Nazirliyinin statistikasına əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insult halı qeydə alınır.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.
O qeyd edib ki, bunların 30 faizi ilk ay ərzində dünyasını dəyişir, digər 30 faiz əlil olur, digər şəxslərin isə yardıma ehtiyacı olur, qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir.
Ötən illə müqayisədə insultla xəstələnmə göstəricisində artımın olduğunu deyən R.Əiyevin sözlərinə görə, ürək əməliyyatı edilən insanlar arasında da insulta rast gəlinmə faizi çox olur: “Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca insult riski çoxalır. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azaldılacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə bu risk 11 faiz artacaq. Müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlifdir. Cavanlarda insultun risk faktorlarına anadangəlmə ürək qüsurları, irsi arteraial hipertenziya, qan xəstəlikləri, narkotiklərdən istifadə daxildir. Yaşlılarda isə bu faktorlara şəkərli diabet, arteraial hipertenziya və s. daxildir”.
Qeyd olunub ki, gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır.
Mütəxəssis bildirib ki, abortlar, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə insult riskini artırır. İnsult keçirən qadın və kişilərdən hansının daha çox yaşaya biləcəyi onların risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına təsir göstərir. Beyin infarktı keçirən xəstələrdə beyin qansızması, yəni insult olan xəstələrə nisbətən yaşama riski yüksəkdir”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub