Bacısını öldürməyə cəhddə təqsirləndirilən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.
Elan olunmuş ittiham üzrə O.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O, bacısını cəzalandırmaq istədiyini söyləyib: "O, cəzalanmalıydı".
Təqsirləndirilən O.Hüseynov onu da deyib ki, növbəti məhkəmə iclasında daha geniş ifadə verəcək.
Məhkəmənin noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu ərazisində baş verib. O.Hüseynov bacısı Elnurə Hüseynovanı Binəqədi rayonu ərazisində yerləşən qəbiristanlığa apararaq, onu bıçaqlayıb. O.Hüseynov bacısına bıçaqla bir neçə ağır zərbə endirdikdən sonra onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Daha sonra həmin ərazidə olan şəxslər E.Hüseynovanı xəstəxanaya çatdırıb və həkimlərin ciddi səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
O.Hüseynov Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. ///Lent.az
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub