“Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydaları sadələşdirilməlidir”.
Mynews.az xəbər verir ki, bunu Report-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
O bildirib ki, Vəkillər Kollegiyasına üzv olmaq üçün nəzərdə tutulan 60 keçid balı aşağı salınmalıdır: “Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılırlar. Bu təklifi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sonuncu iclasında da səsləndirdim. Vəkillər Kollegiyasının nümayəndəsi də bildirdi ki, qəbul balı 40-a da endirilə bilər, biz buna etiraz etmirik”.
T.Kərimlinin sözlərinə görə, vəkillərin sayı artırılmalıdır ki, nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması əngəl yaratmasın.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub