Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub.
Mynews.az Medicina.az saytına istinadən xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb.
Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.
APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.
Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.
Süni orqan uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib.
Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.
Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan, sadəcə, sidik ifrazında rol oynayacaq.
Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.
“Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı” sualına cərrah “mümkündür” cavabını verib: “Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalanma ilə pasiyentin ata olmasını təmin etmək olar”.
1
Niyə Donald Tramp Hitlerlə müqayisə olunur?
1180 dəfə oxunub
2
XI sinfin buraxılış imtahanında dəyişiklik edilir
1151 dəfə oxunub
3
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1145 dəfə oxunub
4
Novruzun ilk çərşənbəsinin tarixi
1144 dəfə oxunub
5
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1125 dəfə oxunub