Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçında “Atletiko” ilə qarşılaşacaq “Qarabağ” artıq Madriddədir.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, səfər zamanı Ağdam klubunu İspaniyaya aparan təyyarədə gərgin anlar yaşanıb.
Belə ki, “Qarabağ” rəhbərliyinin dəstəyi ilə Madridə aparılan idmançı Kamil Zeynallı təyyarədə olarkən sosial şəbəkə vasitəsi ilə canlı yayıma qoşulub. Bu zaman o, Məhəmməd adlı izləyisinə ana-bacı söyüşü söyməkdən çəkinməyib. Bu azmış kimi, təhqirə yol verən tanınmış sima ağdamlıların legioneri Donald Gerryeyə də “qara” deyərək irqçilik edib.
Qeyd edək ki, bu, Kamil Zeynallının təyyarədəki ilk sərgüzəşti deyil. O, dəfələrlə təyyarə qalmaqalları ilə gündəmə gəlib.
“Qarabağ” rəhbərliyinin Kamil Zeynallını hansı məqsədlə “Atletiko” ilə səfər matçına apardığı isə sual olaraq qalır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub