“Oktyabrın son günlərində ayrı-ayrı vaxtlarda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Belə temperaturun qeydə alınması bu ay üçün xarakterik deyil”.
Mynews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə də oktyabr ayında belə isti hava müşahidə edilib, bu isə iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir.
Direktor müavini vurğulayıb ki, son günlər isti havaların qeydə alınması cənubdan tropik hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır: “Bu dövrdə ölkə ərazisinə cənub istiqamətindən tropik hava kütlələri daxil olanda belə istilər qeydə alınır. Hava kütlələri ölkə ərazisinə daxil olduqdan sonra 3-5 gün ərzində davam edir və sonradan yerini digər hava kütləsinə verir. Artıq qarşıdakı 3 gün ərzində qərb, şimal-qərb istiqamətdən hava kütlələrinin ölkə ərazisinə daxil olması gözlənilir ki, bunun nəticəsində də havanın temperaturunun 2-3 dərəcə aşağı düşməsi ehtimalı var”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub