Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Mynews.az xəbərinə görə, məlumatda bildirilib ki, oktyabrın 30-da saat 19:00 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsinin çəninə Şirvan şəhər sakini Gülhüseyn Nəsirov “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən partlayış baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, habelə məntəqənin yardımçı otağı və yaxınlıqdakı çardaq dağılıb, G.Nəsirov, N.Cəfərov və onun qardaşı Həsən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir.
Fakt üzrə araşdırma aparılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub