Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və sevgilisi "Qoca” ləqəbli Etibar Məmmədovla bağlı daha bir detal ortaya çıxıb.
Mynews.az"Qafqazinfo”ya istinadən xəbər verir ki, təxminən bir il əvvəl Şirvan Müvəqqəti Saxlanma Təcridxanasından Bakıya gətirilən Etibar Məmmədovla sevgilisi Fədayə Laçının yolüstü gizli görüşü təşkil edilib.
Həmin görüş üçün avtoritetin istintaq təcridxanasının rəisinə 500 dollar ödədiyi bildirilir. Faktın üstü açıldıqdan bir neçə ay sonra Şirvan MST-nin rəisi Zöhrab Sarıyev işdən qovulub.
Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub