"Bakı Telefon Rabitəsi" MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini İzmir parkına qədər genişləndirib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Nərimanov" parkınadək genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu parkda şəbəkə test mərhələsindədir.
Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun", "Muğan", "Dədə Qorqud" və "Port Baku Residence"lə "Port Baku Mall" arasında yerləşən "Fashion Avenue" parkları daxildir.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyondan çox qoşulma qeydə alınıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub