Ukraynadan Azərbaycana 60 kq-dan artıq bal gətirilməsinin qarşısı alınıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Belqorod vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub.
Bildirilir ki, Odessa vilayətinin sakini heç bir sənədi olmayan bal məhsulunu Rusiyaya, oradan isə Azərbaycana keçirmək istəyib. Şirin çərəz Ukrayna vətəndaşının avtomobilinin yük yerində aşkar edilib.
Baytarlıq qoşma sənədlərin olmaması ilə yanaşı, bal bankalarının üzərində hər hansı bir markalama olmayıb. Həmçinin məhsulun saxlanma və nəql edilmə şərtləri pozulub. Həmin şəxsin balı Rusiya ərazisinə keçirməsinə qadağa qoyulub və onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub