Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı sosial şəbəkə vasitəsi ilə satışa çıxarılıb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, Dilrubə Vaqifzadə 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı əsasında Cabir Novruza təqdim edilən "Xalq şairi" medalına 200 manat qiymət qoyub.
Saytda yayımlanan xəbərlə bağlı adıçəkilən xanım redaksiya ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında məsələyə belə münasibət bildirib:
"Bu, zarafat üçün idi. Azərbaycan Aktyorlar Birliyinin sədri Ruslanla "inbox"da danışırdıq. Dedim, belə bir şey var, mənə inanmırlar. Mən onu auksion qrupunda paylaşandan sonra dedilər ki, sil onu, belə şeyləri zarafata salma. Mən burdakılara acıq üçün paylaşmışam. Birincisi, o satılan bir şey deyil. Bu, bizə hədiyyədir. Satmaq niyyətim yox idi. Satmaq fikrim olsaydı, çoxdan satmışdım. Mən də onu mırta qoydum.
Əməkdaşımız Dilrubə xanımın bu açıqlamasından sonra mərhum xalq şairi Cabir Novruzun mırta qoyulası adam olmadığını xatırladıb. O isə cavabında "mən elə söz demədim" söyləyib. Halbuki, D.Vaqifzadənin bu açıqlamasının səsyazısı da tərəfimizdən qeydə alınıb. Görünür, Yenicag.az xanımın bazarını "öldürüb".
Qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub