Mynews.az xəbər verir ki, Rekord.az saytının yaydığı xəbərdə ispanların Bakı səfərindən sonra 7 azərbaycanlının işini itirməsi ilə nəticələndiyi qeyd edilir.
Sayt iddia edir ki, Madrid təmsilçisini Bakıya AZAL-a aid “Qarabağ” təyyarəsi gətirib. Heydər Əliyev Hava Limanına eniş edəndən sonra bütün xarici vətəndaşlar kimi onlar üçün ayrılan zolağa daxil olub qeydiyyatdan keçiblər.
Bu zaman hava limanında olan həmyerlilərimiz ispan futbolçulara yaxınlaşıb həm avtoqraf alıblar, həm də şəkil çəkdiriblər. Bu mənzərə isə qonaqların ürəyincə olmayıb və hava limanının rəhbərliyinə şikayət ediblər ki, sizin vətəndaşlar bizi yorur. Çünki onlar tez zamanda qeydiyyatdan keçib otelə getmək istəyirdi. Məhz bu səbəbdən hava limanının rəhbərliyi belə qərara gəlib ki, “Atletiko” futbolçuları İspaniyaya qayıdanda onları arxa qapıdan keçirib təyyarəyə yola salsınılar. Bu zaman isə hava limanında çalışan əməkdaşlar ispanlarla şəkil çəkdirmək üçün müraciət edib.
Sayt qeyd edir ki, onların sayı 7 nəfər olub. Bakıda xal itirdikləri üçün onsuz da dilxor olan Madrid futbolçuları bu durumdan qəzəblənərək yenidən hava limanının rəhbərliyinə şikayət ediblər. İspanların növbəti şikayətindən sonra isə rəhbərliyin qərarı ilə hava limanının ispanlarla şəkil çəkdirən 7 əməkdaşı işdən azad olunub. Beləliklə, “Atletiko”nun Bakı səfəri 7 azərbaycanlının işini itirməsi ilə nəticələnib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub