USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Faciəvi şəkildə ölən Cavidin bacısından ürək dağlayan sözlər

20:06 02.11.2017
Faciəvi şəkildə ölən Cavidin bacısından ürək dağlayan sözlər
20:06 02.11.2017

Oktyabrın 31-də Sabunçu rayonunda arı sancmasından sonra vəfat edən 24 yaşlı Cavid İmanlının bacısı sosial şəbəkə vasitəsi ilə müraciət yayıb. Lent.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində yerləşdirildiyi xəstəxanada vəfat edən gəncin bacısı Natavan Həsənli onun həkim tamahkarlığının qurbanı olduğunu deyib: "Mənim qardaşım İmanlı Cavid arı vurmasına görə öz ayağıyla Sabunçu xəstəxanasına gedib. Amma həkim Tağı Əliyev səhlənkarlıq edərək yoxlama aparmadan onun qolunu çərtib ki, çirkin olub olmamasını öyrənsin. Bu zaman ona narkoz vurulub. 24 yaşlş qardaşım narkozun şokundan rəhmətə gedib. 1 ay sonra toyu olacaqdı. Bu cür savadsız həkimlərin ucbatından arzusu yarımçıq qaldı. Allah xatirinə bu haqsızlığı yayın. Başqa Cavidlər də ölməsin".

Vəfat edən gəncin bacısı işinə məsuliyyətsiz yanaşan həkimin cəzalandırılmasını xahiş edib: "Xahiş edirəm ürəyimin ağrısını o həkimi cəzalandıraraq azaldın. Qardaşım birinci gün xəstəxanaya gedib. 2-ci gün günortaya qədər sadəcə bir ağrıkəsici vurulub. Sonra da pulun məbləğini artırmaq məqsədi ilə tamahkarlıq edərək əməliyyat ediblər. Bu Allahsızlıqdır. Onun 24 yaşı vardı hələ. Dekabrda toyu olacaqdı".

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırmalara başlanılıb və zəruri ekspertizalar təyin olunub. Həmçinin Səhiyyə Nazirliyinə ölüm faktını araşdırmaq üçün daxili yoxlama aparılması ilə bağlı müraciət edilib.


Xəbər lenti