Türkiyəli elm adamı Əbdurrəhman Qılıc İstanbulda baş verəcəyi proqnozlaşdırılan zəlzələnin dəhşətli dağıntılara yol açacağını deyib.
Mynews.az-ın Metbuat.az-a istinadən məlumatına görə, o bildirib ki, yeraltı təkanlar nəticəsində şəhərdə 3 minə yaxın yanğın hadisəsi baş verə bilər. Buna isə mavi yanacaq sistemlərinin sıradan çıxması səbəb olacaq.
Elm adamının iddiasına görə, İstanbuldakı binaların 95 faizi zəlzələ zamanı baş verə biləcək yanğın hadisələrinə hazır deyil.
Qeyd edək ki, Türkiyədə demək olar hər 20 ildən bir güclü zəlzələ baş verir. Sonuncu dəfə 1999-cu ildə Mərmərə bölgəsində rixter cədvəli üzrə 7,5 bal gücündə yeraltı təkan qeydə alınıb. Rəsmi məlumatlara görə, 17480 nəfər həyatını itirib. Türkiyə illərdir zəlzələnin törədəcəyi fəsadlara hazırlaşır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub