Xalq artisti, məşhur diktor Rafiq Hüseynov dəfn olunub.
Mynews.az Report-a istinadən xəbər verir ki, xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
***
12:14
Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.
Mynews.az APA-ya istinadla məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Professor İlham Rəhimli Rafiq Hüseynov haqqında xatirələrini bölüşüb, onun Azərbaycan televiziyasının inkişafındakı xidmətlərindən danışıb.
Xalq artisti, rejissor Ramiz Həsənoğlu Rafiq Hüseynovun xatirəsinin insanların yaddaşında daim yaşayacağına əminliyini bildirib.
Xalq artistləri Əli Məmmədov, Eldost Bayram, əməkdar artistlər Gülşən Əkbərova, Nərgiz Cəlilova, Rafiq Haşımov Rafiq Hüseynovu böyük dost, əvəzsiz televiziya xadimi kimi dəyərləndiriblər.
Qeyd olunub ki, Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan teleməkanının simasına çevriliblər. Rafiq Hüseynovun açdığı cığır sonradan böyük yola çevrilib, televiziya və radioya özündən sonra böyük nəsil bəxş edib.
Vida mərasimi başa çatdıqdan sonra Rafiq Hüseynovun cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində, oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub.
Ağciyər xərçəngindən əziyyət çəkən Xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
***
09:43
Azərbaycanın Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.
Mynews.az APA-ya istinadla məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimi saat 12:00-dək davam edəcək.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən Xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
>
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub