Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan prezidentinin əlavəsi müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, "Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik” statusunun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub