Noyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub