Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyevaya məhbusların qaçmasına kömək etməkdə günahlandırılaraq həbs edilən müğənni Fədayə Laçınla bağlı müraciət edib.
Mynews.az baku.ws-ə istinadən məlumatına görə, Brilliant Dadaşova sosial şəbəkə vasitəsi ilə etdiyi müraciətdə bunları yazıb:
"Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirk və bu səbəbdən sizə müraciət edib, istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm. Biz uca tanrıdan cənab prezidentimizə, sizə, övladlarınıza can sağlığı, ailə səadəti diləyirik. Başımızın üstündə daim var olasınız".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub