Müasir nənələrin hazırladığı təhlükəli nehrə yağları “Tərkibində heç 1 faiz də…”

609
Müasir nənələrin hazırladığı təhlükəli nehrə yağları “Tərkibində heç 1 faiz də…”
"Rayonlardan gətirilən nehrə yağlarında problemlər var. Həmin yağlar insanlar üçün zərərlidir”. 
 
Bu barədə BakiPost.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov məlumat verib. 
 
Onun sözlərinə görə, nehrə yağı adı altında satılan yağlar saxtadır: "İndiki milli nənələr bir az qatıq, bitki və marqarin yağını həmin nehrəyə tökürlər. Guya kərə yağı hasil edirlər. 
 
Ümumiyyətlə, rayonlardan gələn yağlarda ciddi problemlər var. Ona görə də araşdırma aparılmalıdır. 
 
Həmçinin bununla yanaşı nehrə yağı altında yerli kütləvi istehsal malı da var. İkisi də nehrə yağı adı altında satılır. Analizlər göstərir ki, onun tərkibində heç 1 faiz belə nehrə yağı yoxdur. Qarışıq bitki yağlarından, marqarinlərdən və piylərdən qarışdırılıb istehsal edilirlər”. 
 
Birlik sədri qeyd edib ki, saxta olan nehrə yağları insanlar üçün təhlükəli ola bilər: "Bu yağlar arzu olunan deyil. İnsanlara zərər verə bilər. Təhlükəli də ola bilər. Çünki primitiv üsulla hazırlanır. İstehlakçıları aldadırlar. Bunun üçün də gərək ölkədə effektli istehlakçı siyasəti olsun. Prezident İlham Əliyev 10 gün öncə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman verdi. Bununla bağlı öz təkliflərimi baş nazirin müavini Əli Əhmədova təqdim etmişəm. Əgər belə bir agentlik yaranarsa, vəziyyət yaxşılaşacaq”. 
 
Eyyub Hüseynov ölkədə satılan yaxşı yağlardan da danışıb: "Mən əmin olmaq üçün keçən il bu vaxtı Yeni Zelandiyada Azərbaycan üçün yağ hazırlayan zavodda oldum. Həmçinin Azərbaycan üçün hazırlanan yağların süd istehsalı fermasına da getdim. Məlum oldu ki, Yeni Zelandiyadan Azərbaycana normal yağlar gətirilir”. 

Xəbər lenti