Rusiya mətbuatı İstanbulda azərbaycanlı kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlayıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin qardaşı polkovnik Namiq Canıyevin başçılıq etdiyi dəstənin sui-qəsd planını Türkiyə polisinə daxil olan anonim zəng alt-üst edib.
Zəng edən naməlum şəxs terror planı hazırlığı ilə bağlı polisi məlumatlandırıb. Lakin antiterror əməliyyatı zamanı onların terrorçu olmadıqları, silahların öz adlarına olduğu və şəxsi cangüdənlər üçün liseziyaya sahib olduqları müəyyənləşib.
Rus mətbuatı istisna etmir ki, anonim zəngin əsas məqsədi gömrük rəisi N.Canıyevin kriminal dairələrlə əlaqəsini üzə çıxarmaq olub.
Xatırladaq ki, "Lotu Quli”nin İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan killer qrupu "Ömür AVM” ticarət mərkəzində ələ keçirilib. Killer qrupu "Max” ləqəbli Mehmet Sabri Şirinin liderlik etdiyi "Şirinlər dəstəsi”ndən ibarət olub.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub