"Sabah Turalın oğlunun 40-ı çıxacaq. Allah bütün uşaqları xoşbəxt etsin. Turalımın Turalı da xoşbəxt olsun".
Bunu Modern.az-a açıqlamasında bu ilin fevralında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının anası Gülnarə Haşımlı deyib.
Şəhidimizin anası nəvəsinin səhhətinin normal olduğunu bildirib.
"Şükürlər olsun ki, uşağın səhhəti normaldır. Amma Tural aramızda deyil. Turalın yoxluğu mənə çox pis təsir edir. Övlad itirmək böyük dərddir.Özümə yer tapa bilmirəm. Bircə təsəllim Turaldan bizə yadigar qalan nəvəmin olmasıdır. Heyf, Tural övladını qucağına ala bilmədi".
Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub