Xaçmaz sakini metal tullantılarından və müxtəlif məişət əşyalarının hissələrindən istifadə etməklə mini traktor düzəldib. Gəncin hazırladığı traktor digər texnikalardan daha az yanacaq sərf edir. O, texnikanı təkmilləşdirmək niyyətindədir.
Mynews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bacarıqlı gənc rayonun Nərəcan kəndində yaşayır. Mini traktorun hazırlanmasına bir ay vaxt sərf edən 18 yaşlı Həmdulla Xəlilovun əldə etdiyi nəticə gözlədiyindən də yaxşı olub.
Həmdulla Xəlilov bildirir ki, yığdığı traktorun sürət qutusu və təkərləri "Jiquli"nin, motoru isə su nasosunundur. O, müxtəlif texnikaların detallarından da istifadə edib.
İndi Xəlilovlar ailəsi bu traktordan meyvə və ot daşınmasında istifadə edir. Saatda 50 kilometr sürətlə hərəkət edə bilən mini traktorun qoşqusu da var. Yanacaq sərfiyyatı isə xeyli aşağıdır.
Gələcəkdə isə traktora otbiçən qurğu və kotan da qoşmaq mümkün olacaq. Həmdulla Xəlilov texnikanı daha da təkmilləşdirmək niyyətindədir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub