Özəl və dövlət universitetlərində təhsil alan 1-ci və 2-ci qrup əlil tələbələr təhsil haqqından azad edilib.
Mynews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov şəxsi Facebook səhifəsində məlumat verib. Bidirib ki, bu gündən etibarən hətta özəl universitetlərin rəhbərləri Təhsil Nazirliyinə dəvət olunaraq həmin tələbələrin təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsinə dair qəbzlər təqdim edilib.
"Xatırlayırsızsa əlil tələbələrin təhsil haqqı ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.
Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən 15-ə qədər hal hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetlərdə təhsil alan tələbələrdə var idi.
Bu gün həmən tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2ci qrup) tələbələri təhsil haqqından azad edib".