Adətən sərnişin daşımaqda istifadə edilən bu avtomobil müəyyən olunan istiqamətin əksinə hərəkət edir.
Hətta qayda pozuntusuna baxmayaraq yolun kənarı ilə də deyil, əsas hərəkət zolaqlarının biri ilə hərəkətinə davam edir.
Milli.Az bilsirir ki, görüntülər Bakı-Salyan yolunda mobil telefonla çəkilib. Görüntülərdə minik avtomobili sürücüsünün özünü və qarşıdan gələn avtomobildəki insanları necə təhlükəyə atdığı əks olunub.
Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür hərəkət həm qanunla qadağan, həm də olduqca təhlükəlidir.
Ekspert bildirir ki, yol hərəkət qaydalarını bu cür pozan şəxslər üçün qanunvericilikdə ayrıca maddə də var.
Onu da qeyd edək ki, Bakı-Salyan yolunda geriyə dönmələr bir neçə kilometrdən bir qoyulduğundan sürücülər vaxta və məsafəyə qənaət etmək üçün bu üsula əl atırlar. Bu isə dəhşətli qəzaların yaşanmasına səbəb ola bilər. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub