“Aztelekom” MMC son zamanlar sosial medialarda nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.
Publika.az xəbər verir ki, N.Məhərrəmova ilin sonuna qədər internetdən pulsuz istifadə imkanı yaradılıb.
21 ildir sözügedən kənddə müəllim işləyən N.Məhərrəmov “Aztelekom” MMC-nin xidməti ərazisində yaşayır. Vətənpərvər müəllimə “Aztelekom” MMC-nin hədiyyəsi təqdim olunub.
“Aztelekom” MMC-nin Baş direktorunun müşaviri Elçin Cabbarov bildirib ki, müəllimin bu xeyirxah əməli gələcək nəslin tərbiyəsində mühüm rol oynayacağına inanırıq: “Bizim təqdim etdiyimiz bu hədiyyə sayəsində müəllim şagirdlərə əlavə olaraq internet üzərindən də məşğələlər keçə bilər. Bu kimi nəcib davranışlar digər bölgələrdə də olarsa, biz dəstəyimizi verməyə hazırıq”, - deyə E.Cabbarov bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub